Cəlilabad sakini özünü güllələyərək öldürüb - YENİLƏNİB

Cəlilabad. 28 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda ov zamanı özünü güllələyərək öldürüən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Adnalı kənd sakini, 1987-ci il təvəllüdlü Fərid Baba oğlu Quliyev özünü güllələyərək öldürüb.

Məlumata görə, hadisə ov zamanı baş verib. F.Quliyev çöl donuzu ovlayarkən ehtiyyatsızlıqdan özünü güllələyib.

Faktla bağlı araşdırmalara başlanılıb.


***12:38

Cəlilabad. 28 dekabr. REPORT.AZ/ Cəlilabad rayon sakini özünü güllələyərək öldürüb. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Adnalı kəndi ərazisində baş verib.

Hadisənin ov zamanı baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37