Cəlilabad sakini meşədə intihar edib

Bakı. 6 oktyabr. REPORT. AZ/ Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Seymur Ziyafət oğlu Bədirov meşədə “Soyuq bulaq” deyilən ərazidə ağacdan özünü asaraq intihar edib. Hələlik intiharın səbəbləri məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48