Cəlilabad sakini intihar edib 

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, Göytəpə şəhər sakini, 1991-ci il təvəllüdlü Əkbərov Cavid Cahangir oğlu yaşadığı evinin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Hələlik intiharın baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14