Cəlilabad sakini günvurmadan ölüb

Cəlilabad rayon sakini günvurmadan ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 1979-cu il təvəllüdlü Nəcəfov Anar həyətində iş görən zaman huşunu itirərək yıxılıb.

O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Xəstəxanada A.Nəcəfovun günvurmadan öldüyü məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, artıq 2 gündür Cəlilabad rayonunda digər günlərə nisbətən daha isti hava şəraiti müşahidə olunur.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48