Cəlilabad sakini bir neçə şəxs tərəfindən döyülüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Elnur Əlisalam oğlu tanımadığı bir neçə şəxs tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47