Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Həsənov Pərviz Murad oğlu tanıdığı bir neçə şəxs tərəfindən döyülüb.

Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər