Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

Cəlilabadda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 1975-ci il təvəllüdlü Həmidov Vüqar Xanbala oğlu döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə o, tanıdığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər