Cəlilabadda iki minik avtomobili toqquşub

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21015" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41