Cəbrayılda ər-arvad yol qəzasına düşüb, qadının boynu sınıb

Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsinə 1974-cü il təvəllüdlü Xudiyev Vidadi Camal oğlu və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Xudiyeva Pərvanə Əhməd qızı xəsarət alıb.

Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47