Çayxanada yanğın olub

Bakı. 7 aprel. REPORT.AZ/ Şirvan şəhərində çayxanada yanğın olub. Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Belə ki, Şirvanda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan çayxananın arakəsmə divarı 10 kv.m sahədə və içərisindəki əşyaları qismən yanıb. Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37