Cahangir Hacıyev barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verilib

O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır

Bakı. 8 dekabr. REPORT.AZ/ Vəkil Aqil Layicov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

Bu barədə “Report”a A.Layicov məlumat verib.

O, C.Hacıyev barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verdiklərini bildirib: “Ərizəni Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişik”.

Vəkil bildirib ki, barəsində həbs qətimkan tədbiri seçilmiş C.Hacıyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, C.Hacıyev üçün evdən gətirilən yemək və suyun qəbul edilmədiyini də deyib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39