Buzovnada nəzarətsiz qalan körpə ikinci mərtəbədən yerə düşüb

Bakı. 28 avqust. REPORT.AZ/ Paytaxtın Xəzər rayonunda bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, mənzil 176 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Məmmədov Yusif Natiq oğlu nəzarətsiz şəraitdə evin pəncərəsindən yerə yıxılıb.

O, xəstəxanaya yerləşdirilib. Həkimlər körpənin vəziyyətini olduqca ağır kimi qiymətləndirir.

Fakt üzrə araşdırma aparılır.

Digər xəbərlər