Buzovnada bir nəfər dənizdə batıb

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfərin meyiti aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39