Buzovna qəsəbəsində 32 yaşlı şəxsi tanışları döyüb

Bakıda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rəcəbov Vəlican Etibar oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib.

Ona burnun sınığı və döş qəfəsinin əziyi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14