Bu ilin 9 ayı ərzində təbii və texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər ölüb

2024-cü ilin 9 ayı ərzində respublika ərazisində 12183 təbii və texnogen mənşəli hadisə qeydə alınıb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, bu da 2023-cü ilin 9 ayı ilə müqayisədə 242 hadisə və ya 2% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olub, 252 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 108 nəfər xilas edilib, 914 nəfər təxliyə olunub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47