Bu ilin I rübü ərzində ölkədə 4 154 təbii və texnogen mənşəli hadisə baş verib

2025-ci ilin I rübü ərzində ölkə ərazisində 4 154 təbii və texnogen mənşəli hadisə baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında deyilir.

Bildirilir ki, bu da 2024-cü ilin I rübü ilə müqayisədə 866 hadisə və ya 26% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 20 nəfər həlak olub, 85 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 18 nəfər xilas edilib, 229 nəfər təxliyə olunub.

Digər xəbərlər

Meyxanaçı Ağakərim dəfn edilib 20 dekabr, 2025 / 11:46