Bu il narkotik ilə bağlı 2 795 cinayət faktı aşkarlanıb

Bu ilin ilin yanvar - mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 795 cinayət faktı aşkarlanıb.

Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd olunub ki, həmin faktlardan 1 010-u narkotik vasitələrin qanunsuz satışı, 1 748-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 16-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47