Bakı polisində yeni təyinat oldu

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Tərlan Zeynalovu vəzifəsindən azad edib.

“Report”un xəbərinə görə, V.Eyvazovun əmri ilə Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Təhqiqat şöbəsinin rəisi təyin olunub.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31