BMMT-nin Baş katibi Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı çağırış edib

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş katib müraciətində bu il "Davamlı və dayanıqlı gələcək üçün ekoloji risklərin idarə olunması" mövzusunda qeyd olunan Ümumdünya Mülki Müdafiə Gününün əhəmiyyətinə diqqət çəkib, beynəlxalq ictimaiyyəti sabitlik, təhlükəsizlik və davamlı inkişaf naminə ekoloji risklərlə mübarizə aparmaqda səfərbər olmağa çağırıb.

Digər xəbərlər