Bir ildə Azərbaycanda 1672 ədəd saxta əskinas dövriyyədən çıxarılıb

Ötən il ölkə ərazisində saxta pul hazırlama və satma cinayətlərinin sayı açıqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, 2020-ci ildə dövlətin iqtisadi təhlükəsizliyinin qorunması baxımından xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 39 (+13) saxta pul hazırlama və satma cinayəti aşkarlanıb.

Qanunsuz dövriyyədən 1 672 ədəd müxtəlif nominalda saxta əskinas çıxarılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14