Binəqədidəki yanan binada yanğın olub - FOTO

Bakı. 15 avqust. REPORT.AZ/ Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş 16 mərtəbəli binada yenidən yanğın olub.

"Report"un məlumatına görə, dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və polis əməkdaşları gəlib. 

Alov binanın 15-ci mərtəbəsində, mənzil 26 ünvanında qeydə alınıb. Hadisəyə paltaryuyan maşının səbəb olduğu bildirilir. 

Hadisə vaxtı mənzil sahibi evdə olmayıb. Yanğının qarşısı alınıb.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48