Bakı. 21 may. REPORT.AZ/ Bakının Binəqədi rayonunda yanğının baş vermiş çoxmərtəbəli yaşayış binasının təmirinə başlanıb.
"Report"un məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan yoxlamalardan sonra binanın dayanıqlılığının yüksək səviyyədə olması barədə rəy verilib: "Bu qərardan sonra mayın 21-də təmir işlərinə başlanıb. Təmir işləri gecə-gündüz fasiləsiz olaraq aparılacaq".