Binəqədidə piyadanı avtomobil vuraraq öldürüb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakıda piyadanı avtomobil vuraraq öldürüb. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 5-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini Arif Namazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Abiddin Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər