Binəqədidə motosikletçini avtomobil vurub

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1996-cı il təvəllüdlü Nağıyev Cavid Şakir oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37