Bakı. 11 iyul. REPORT.AZ/ Binəqədidə maşın piyadanı vurub.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, iyulun 10-da saat 23 radələrində Binəqədi rayonunda müəyyən edilməmiş avtomobillə yolu keçən 50-55 yaşlı kişi vurulub. Nəticədə həmin şəxs hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Dövlət Yol Polisi İdarəsi əməliyyat-axtarış tədbirləri aparır.