Binəqədidə hündürmərtəbəli binada yanğın baş verib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu dəqiqələrdə Bakının Binəqədi rayonunda yerləşən hündürmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, hadisə Musabəyov küçəsi ev 4, mənzil 14-də qeydə alınıb. Yanğının binanın elektrik naqillərində baş verən qısaqapanmadan yarandığı bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində hadisə yerinə cəlb edilən yanğınsöndürənlər tərəfindən işlər davam etdirilir.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54