Binəqədidə evdən 1 200 manat oğurlayan şəxs saxlanıldı

Binəqədidə evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də rayon ərazisindəki evlərin birindən 1 200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Salmanzadə saxlanılıb. 

Digər xəbərlər