Binəqədidə avtomobil yolu keçən piyadanı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Bağırov Abdulla Əmənulla oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47