Binəqədidə avtomobil yaşlı kişini vuraraq öldürüb

Bakı. 14 noyabr. REPORT.AZ/ Binəqədidə avtomobil yaşlı kişini vuraraq öldürüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 13-də saat 18 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Nahid Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər