Binəqədidə avtomobil piyadanı vurub öldürərək hadisə yerindən qaçıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vurub öldürərək hadisə yerindən qaçıb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 17-də saat 3 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Elman Salehov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47