Binəqədidə avtomobil 56 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Tennis Akademiyasının yaxınlığında 1963-cü il təvəllüdlü Məmmədova Aygün Knyaz qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qasıq-oturaq sümüklərinin sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47