Binəqədidə 4 nəfər dəm qazından zəhərlənib

Bakıda zəhərlənmə hadisələri baş verib.

"Report"un məlumatına görə, hadisələr Binəqədi rayonu ərazisində qeydə alınıb.

Rayonun Əcəmi Naxçıvani küçəsində 1986-cı il təvəllüdlü İbrahimli Ləman Mamed qızı, rayonun Biləcəri qəsəbəsində 1988-ci il təvəllüdlü Musayev Rudif Murtuzəli oğlu, Mədən 2 küçəsində 1994-cü il təvəllüdlü Cabbarova Jalə Telman qızı və Osman Mustafayev küçəsində 2000-ci il təvəllüdlü Əbdülrəhmanov Fərid İlham oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər

Zərərçəkmişlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələrin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41