Binəqədi şosesi -“Baksol” yolunda avtomobillərin hərəkəti bərpa edilib

Bakının Binəqədi rayonunda baş vermiş yanğınla bağlı Binəqədi şosesi -“Baksol” yolu istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Belə ki, bir qədər əvvəl yanğın hadisəsi səbəbindən Binəqədi şosesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.

Sürücülər alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etməklə hərəkət edirdilər.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47