Binəqədi rayonunda köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,(FHN)-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açaraq və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. 

Digər xəbərlər