​Binəqədi rayonunda ikimərtəbəli evdə yanğın olub

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün günorta radələrində Bakının Binəqədi rayonu ərazisində vətəndaşa məxsus ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsinin hamamında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54