Binəqədi rayonunda 46 yaşlı qadını avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü İmanova Sevda Əhmədağa qızı “Elit” Ticarət Mərkəzinin qarşısında yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qolun sınığı diaqnozu.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46