Bakıda 29 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Xəlilov Elgün Məhəbbət oğlu mübahisə etdiyi şəxslər tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, yaralı boynundan bıçaqlanıb və əməliyyat edilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47