Binəqədidə avtomobil 33 yaşlı kişini vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının yaxınlığında 1986-cı il təvəllüdlü Qədirov Orxan Adil oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39