Binədə 85 yaşlı qadını maşın vurub

Bakı. 25 may. REPORT.AZ/ Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, Binə qəsəbəsində yolu keçmək istəyən 1932-ci il təvəllüdlü İsmayılova Tamam Həmzə qızını avtomobil vurub.

Hadisəni törədən sürücü xəsarət alan şəxsi xəstəxanaya yerləşdirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12