Binə qəsəbəsində mebel salonu yanıb, xəsarət alan var

Bakının Xəzər rayonununun Binə qəsəbəsində mebel mağazasında yanğın baş verib, xəsarət alan var.

"Report"un məlumatına görə, hadisə qəsəbənin Əli İsazadə küçəsində yerləşən 3 mərtəbəli mebel satış mağazasının birinci mərtəbəsində qeydə alınıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çağırılıb və yanğın söndürülüb.

Hadisə zamanı mağazanın sahibi, 1980-ci il təvəllüdlü Həbibov Ramin Hidayət oğlu xəsarət alıb. Yanğın təqribən 150 kvm. ərazini əhatə edib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54