Bilgəh çimərliyində 3 nəfər xilas edilib

Bakının Sabunçu rayonunun Bilgəh çimərlik ərazidə 3 nəfər boğulma təhlükəsi ilə üzləşib.

"Report" xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslərin həyatı xilas edilib.

Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14