Biləsuvar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində rayon sakinləri, 1977-ci il təvəllüdlü Habil Nuriyev, 1991-ci il təvəllüdlü Fərid Əliyev, 1994-cü il təvəllüdlü Fərqan Əliyev və 1988-ci il təvəllüdlü Fərhad Əliyev xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.