Biləsuvarda sürücü qəza törədib, həyat yoldaşı ölüb

Biləsuvar rayonunda ağır yol qəzası baş verib

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Xırmandalı kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədhəsən Həsənovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücünün sərnişini, həyat yoldaşı, 1952-ci təvəllüdlü Şahbazova Elzangül Lətif qızı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14