Biləsuvarda yol qəzası baş verib: ikisi uşaq olmaqla, 3 nəfər xəsarət alıb

Biləsuvar. 20 iyun. REPORT.AZ/ Biləsuvar rayonunda iki minik avtomobil toquşub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar Biləsuvar şəhər sakini - 2006-ci il təvəllüdlü İsmayılov Nurlan Nizami oğlu, Sumqayıt şəhər sakinləri - 1973-cü il təvəllüdlü Mahmudov Yaşar Adışirin oğlu, 2007-ci il təvəllüdlü Mahmudov Adışirin Yaşar oğludur.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. N. İsmayılovun vəziyyəti ağırdır. O, cərahiyyə şöbəsinə yerləşdirilib və əməliyat olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05