Biləsuvar. 11 aprel. REPORT.AZ/ Biləsuvar rayonunda yol kənarında polis əməkdaşları 5 kiloqrama yaxın heroin aşkar edib.
"Report"un Aran bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Səmədabad Polis Bölməsinin (PB) əməkdaşları Biləsuvar-Cəlilabad yolunda 4,6 kiloqram narkotik vasitə olan heroin aşkar ediblər.
Narkotik vasitənin İran İslam Respublikasından qaçaqmal yolu ilə Azərbaycana keçirilməsi ehtimal edilir.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırmalara başlanılıb.