Biləsuvarda qatı duman nəqliyyatın hərəkətini çətinləşdirib

Biləsuvar. 7 mart. REPORT.AZ/ Biləsuvar rayonunda dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.

"Report"un Muğan bürosunun məlumatına görə, duman axşam saatlarından etibarən Biləsuvar rayonu ərazisində müşahidə edilir.

Görmə məsafəsi tamam azaldığından, nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.

Dumanlı hava şəraiti həmçinin Biləsuvar rayonunun kəndlərarası yollarında da nəqliyyatın hərəkətində problem yaradıb.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37