Biləsuvar rayonunda yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ağalıkənd kəndində qeydə alınıb.
Belə ki, "Niva" markalı minik avtomobili yolun kənarında dayanmış 3 inəyi vurub. Qəza nəticəsində heyvanlardan biri ölüb.
Məlumata görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.
Faktla bağlı araşdırma aparılır.