Biləsuvarda “Niva” ilə "KaMAZ" toqquşub, xəsarət alan var

Bakı. 13 avqust. REPORT.AZ/ Ələt-Astara magistral avtomobil yolunun 118–ci km-də, Biləsuvar rayonu ərazisində yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “Niva” markalı minik avtomobili ilə "KaMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Qəza nəticəsində "NİVA" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54