Bakı. 18 avqust. REPORT.AZ/ Biləsuvar rayon sakini motosiklet qəzasında ölüb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 17-də Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində Aranlı kənd sakini Ənvər Əliyev idarə etdiyi “İJ” markalı motosikleti aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.