Biləsuvarda kütləvi dava olub, xəsarət alanlar var

Biləsuvar. 18 iyul. REPORT.AZ/ Biləsuvar rayonunda kütləvi dava olub.

"Report"un Aran bürosunun məlumatına görə, hələlik səbəbi məlum olmayan hadisə rayon mərkəzindəki Səməd Vurğun küçəsində qeydə alınıb.

Dava nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onlardan birinin-Biləsuvar rayon Səmədabad kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Bəhruz Adil oğlunun vəziyyətini ağır kimi qiymətləndiriblər. Onun baş nahiyəsindən ağır xəsarətlər aldığı bildirilib. Digər yaralıya ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05